İranın “Şiə hilalı”na ZƏRBƏ: İsrailin oynadığı BÖYÜK QUMAR

media-hightechnic-468x90

“Hərbi münaqişələr zamanı insanların diqqəti, əsasən, hərbi əməliyyatların nəticələrinə yönəlir və dəyərləndirmələr də hərbi nəticələr üzərindən edilir. Amma belə yanaşma gerçəkliyi tam əhatə edə bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xaqani Cəfərli deyib.

media-xaqani-ceferli2

Siyasi təhlilçi 12 günlük İran-İsrail müharibəsinin baş verməsinin pərdəarxası məqamlarına, eləcə də hazırkı kövrək sülhün detallarına münasibət bildirib.

Analitikin qənaətinə görə, İsrailin İranı 12 gün ardıcıl bombalaması İkinci Dünya müharibəsindən sonra ən mühüm hərbi əməliyyatdır:

“Buna görə də bu münaqişənin hərbi nəticələri deyil, əksinə, siyasi nəticələri daha önəmlidir. Siyasi nəticə isə ondan ibarətdir ki, İran artıq Yaxın Şərqin üç güc mərkəzindən biri deyil. İkincisi, İsrail İran tərəfindən öz sərhədləri daxilinə, yəni 22 min kvadrat kilometr əraziyə sıxışdırılmış dövlət deyil. Artıq Pakistan sərhədinə qədər İranın hava məkanı da daxil olmaqla bütün Yaxın Şərqin hava məkanında yeganə söz sahibi İsraildir. 12 günlük hərbi əməliyyatda bundan böyük daha hansı nəticə əldə edilə bilərdi? Fikrimcə, bu, çox böyük hadisədir və Yaxın Şərqin mənzərəsini tamamilə dəyişəcək”.

X. Cəfərli əmindir ki, Trampın fikirlərinin çox ciddi təhlilə ehtiyacı yoxdur:

“İsrail və İran haqqında təhqiramiz ifadələr işlədən Tramp onları öyən fikirlər də səsləndirə bilər. Təhlilçilər Trampın nə dediyinə və etdiyi paylaşımlara deyil, proseslərin nədən ibarət olmasına diqqət etməlidirlər. Proses isə ondan ibarətdir ki, İsraili sərhədləri daxilinə sıxışdırılmış “şiə hilalı” artıq yoxdur. Son 30 ildə İsrailin ən böyük problemi bu idi. İsrailin siyasi və hərbi liderlərinin bütün diqqəti “şiə hilalı”nın yaratdığı təhlükəyə yönəlmişdi. İndi isə o təhlükə yoxdur və İsrail yaxın Şərqdə ən böyük gücə çevrilib”.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600