!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ! Türk-Rus Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - YENİLƏNDİ

!Reklam – Yazi

19:33

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hülusi Akar arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, Hulusi Akar telefon danışığından sonra açıqlama verib.

Türkiyənin müdafiə naziri Türk-Rus Birgə Monitorinq Mərkəzi sabahdan fəaliyyətə başlayacağını bildirib.

Akar, “Ortaq Mərkəzin qurulması ilə bağlı çalışmalar sonlandırılıb. Türk-Rus Birgə Monitorinq Mərkəzi sabahdan fəaliyyətə başlayacaq. Zakir Həsənovla da son vəziyyəti dəyərləndirdik və qarşılıqlı olaraq “xeyirli olsun” diləklərimizi bildirdik. Bir generalımız və 38 şəxsi heyətimizin xidmət edəcəyi ortaq mərkəzin bölgədə atəşkəsin davamlılığı ilə sülh və sabitliyin təşkilinə böyük töhfə verəcəyinə inanırıq.

Türk və rus əsgərlərin xidmət edəcəyi bu ortaq mərkəzin çalışmalarıyla fəaliyyətlərimiz daha da artacaq və azərbaycanlı qardaşlarımızın haqqını, hüququnu sonuna qədər müdafiə etmə vəzifəmizi yerinə yetirəcəyik. Bu günə qədər azərbaycanlı qardaşlarımızla birlikdə olduq, bundan sonra da olmağa davam edəcəyik”, – deyə qeyd edib.

www.yenicag.az

6985
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv