Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, hazırda 355 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 886, bu günə qədər isə ümumilikdə 7 305 712 test icra olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600