Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Söndürülən internet və gündəlik 50 milyon dollar ziyan: “Həm dövlət, həm də özəl sektor...” – Ekspertin ŞƏRHİ

Reklam: High Technic

“İnternetin söndürülməsində əsas məqsəd ani proseslərin intensivliyini azaltmaqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra ölkəni bürüyən etiraz aksiyaları fonunda internetin tamamilə kəsilməsinin yaratdığı təsirləri şərh edən informasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov deyib.

Belarusda ötən bazar günü keçirilmiş prezident seçkilərindən sonra ölkədə baş qaldıran etiraz dalğası gözlənilməz əks-addımlarla müşayiət olunur. Belə ki, Belarusda etiraz aksiyalarının vüsət aldığı saatlarda ölkənin bütün ərazisində stasionar və mobil internet təminatı dayandırılıb.

Müstəqil ekspertlərin açıqlamasına əsasən, informasiya texnologiyalarının yüksək inkişaf etdiyi Belarusda internetin söndürülməsi ölkəyə hər gün təqribən 50 milyon dollar ziyan vurur.

Sayad İbrahimovun sözlərinə görə, müasir dövrdə insanların həyatı internetsiz təsəvvür olunmadığı üçün bu addımın ciddi fəsadları yarana bilər:

“Əlaqə vasitələrinin, bağlantıların məhdudlaşdırılması baş verən hadisədən daha az insanın xəbərdar olması üçün tətbiq edilir. Məsələn, hadisə yerinə canlı bağlantı, əhali çağırışı və sair kimi hallarda internet bağlantısı bilərəkdən kəsilir.

İnternet bağlantısının məhdudlaşdırılmasından həm fiziki şəxslər, həm də özəl şirkətlər və xidmət sektorları zərər görür. Hazırda günümüzü internet bağlantısı olmadan təsəvvür etmək çox çətindir.

Misal olaraq, internet bağlantısı kəsildikdə yemək sifarişi, taksi xidməti, ödənişlər, əlaqə və bu kimi gündəlik istifadə vasitələri iflic olur. Şirkətlər isə maddi baxımdan, böyük zərərə uğrayırlar.

İnternetin söndürülməsindən ani proseslərin intensivliyini azaltmaq üçün istifadə olunsa da, bu qərar insanların normal gündəlik həyat tərzinə ağır formada təsir edir. Ona görə də nəticədə çox ciddi əks-təsirlərin yaranması mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

2526
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100