Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri müəyyənləşib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin növbəti qalibləri elan olunub.

Qalib layihələr sosial cəhətdən həssas, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının sosial problemlərinin həllini, məşğulluğun və əmək bazarında vətəndaşların rəqabət qabiliyyətinin artırılmasını özündə əks etdirir.

İctimai birliklər tərəfindən müsabiqəyə təqdim edilən layihələrin növbəti qalibləri – məsul şəxs və layihələrin adı aşağıda qeyd olunub:

1. “Üçüncü Bahar” – Nərmin Qəniyeva, məsul şəxs
2. “1001 səsli hekayə” – Nofəl Şirinov, məsul şəxs
3. “Gənc Fermer” – Mehman Əliyev, məsul şəxs
4. “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” – Azər Allahverənov, məsul şəxs
5. “MirvariStore”- Xəyalə İbrahimova, məsul şəxs

Xatırladaq ki, müsabiqənin ilkin mərhələsində dörd layihə qalib elan olunmuş və icrasına başlanmışdır. Qalib layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafı, təbiətin və ətraf mühitin mühafizəsi, elm və təhsilin inkişafı, sosial cəhətdən həssas əhali qruplarının sosial problemlərinin həllini özündə əks etdirir.

Qeyd edək ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Qeyd edək ki, müsabiqəyə göndərilən layihələrin qiymətləndirilməsi hazırda davam edir. İştirakçılara yoxlamadan keçməyən və münsiflər heyətinin qiymətləndirməsinə təqdim olunan layihələr barədə elektron formada məlumat göndəriləcək.

Əlavə məlumat almaq üçün “150” Çağrı Mərkəzinə və (012) 4880150 telefon nömrəsinə müraciət etmək olar.

Loading...

www.yenicag.az

417
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100