!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şotlandiyada Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edildi

!Reklam – Yazi

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Şotlandiyanın payaxtı Edinburq şəhərinə səfəri zamanı Şotlandiya parlamentinin sədri Alison Conston, eləcə də nazirlər və müxtəlif partiyalardan olan parlament üzvləri ilə görüşlər keçirib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşlər zamanı hazırda Şotlandiyada fəal Azərbaycan icmasının mövcud olması və Şotlandiya universitetlərində çoxlu sayda azərbaycanlı tələbənin təhsil alması barədə məlumat verilib.

Eyni zamanda neft və qaz sahəsində tarixi ənənəyə sahib olan Şotlandiyanın yaşıl enerjiyə keçid prosesində aparıcı rol oynadığı qeyd edilib və Azərbaycan üçün prioritet istiqamət olan bu sahədə əməkdaşlıq üçün böyük imkanların mövcud olduğu bildirilib. Məhz Şotlandiyanın bərpaolunan enerji mənbələrindən istifadə etməsi ilə bağlı təcrübə görüşlərin əsas müzakirə mövzusu olub.

Həmçinin görüşlərdə Şotlandiya cəmiyyətində müxtəlifliyə və tolerantlığa böyük önəm verildiyi üçün Azərbaycanın bu sahədə təcrübəsi və dünyada mədəniyyətlərarası dialoqu təşfiq etməsi həmsöhbətlər tərəfindən maraqla qarşılanıb.

Səfir həmçinin regionda hazırkı vəziyyətlə bağlı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və azad olunmuş ərazilərimizdə yenidən qurma və bərpa işləri, ərazilərin minalardan təmizlənməsi barədə məlumat verib.

İşğal nəticəsində Azərbaycanın dağıdılmış ərazilərinin yenidən qurulması və bərpa olunması, o cümlədən ərazilərin minalardan təmizlənməsi təcrübəsinin iyun ayının 21-22-də Londonda keçirilən Ukrayna Bərpa Konfransında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını bildirib.

Səfər zamanı həmçinin səfir Elin Süleymanov Şotlandiyanın aparıcı “Scotsman” qəzetinin jurnalistləri ilə görüşüb. Görüşün ardınca sözügedən qəzetdə dərc olunan məqalədə qonşu Ermənistanla dayanıqlı sülhə doğru irəliləmək istiqamətində Azərbaycan tərəfinin çağırışları barədə məlumat verilib. Məqalədə həmçinin Azərbaycanın təbii qaz istehsalı və bərpa olunan enerji sahəsi üzrə Avropa üçün aparıcı tərəfdaş olması işıqlandırılıb. Məqalə ilə bu linkdən tanış olmaq olar: https://www.scotsman.com/news/world/how-us-peace-talks-are-crucial-to-azerbaijans-future-and-in-shaping-the-russian-war-against-ukraine-4198874

Edinburqda keçirilən görüşlərdə Şotlandiyadakı Azərbaycan icmasının fəal üzvləri Nərgiz Morrison və Fuad Ələkbərov da iştirak edib.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv