Soyadımız Gürcüstanda ikinci yerdədir

media-hightechnic-468x90

gurcistan-bayragiGürcüstan Mülki Reyestr Agentliyinin yaydığı məlumata görə, ölkədə gürcü soyadlarından sonra Məmmədov soyadı ikinci yerə çıxıb.

Agentliyin açıqlamasına əsasən Tiflisdə ən çox Maysuradze, Tsiklauri, Qelaşvili soyadında adam yaşayır. Ölkə üzrə ümumilikdə 10 eyni soyad irəlidə gedir. Məlumata görə, Beridzelər-19 765, Məmmədovlar-19 294, Kapanadzelər-3 914, Qelaşvililər-13 505, Əliyevlər-13 118, Maysuradzelər-12 542, Giorqadzelər-10 710, Lomidzelər-9 581, Tsiklaurilər-9 499, Qvaratsxelia-8 815 soyadları qeydə alınıb.

Abxaziyada üç soyad çoxluq təşkil edib. Şonia soyadı-2 250, Qoqoxia-2 232, Qvaratsxelia-2 117. Acarıstanda da üç soyad daha çoxdur. Burada ən çox soyad Beridzelər-11 935, Bolkvadzelər- 6 261, Diasamidzelər-5 050 soyadı təşkil edir.

Qeyd edək ki, yalnız Kvemo Kartli bölgəsində ən çox Məmmədov soyadında sakin yaşayır. Samsxe-Cavaxetiyada isə-2 265 eyni soyadı olan erməni əhalisi yaşayır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600