!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Söyüdlüdə ikinci süni göl yaradılmayacaq” - İcra başçısı

!Reklam – Yazi

“Söyüdlü kəndi ərazisində ikinci süni göl yaradılmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşündə deyib.

Jurnalistlərin suallarını cavablandıran O. Mürsəlov ərazidə ikinci süni gölün qazılmayacağını bəyan edib.

Orxan Mürsəlov bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib:

“Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.

İcra başçısı Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını bildirib.

O həmçinin qeyd edib ki, göl fəaliyyətini başa vurduqdan sonra üzəri torpaqla örtüləcək və ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.

Qeyd edək ki, DİN ötən gün Söyüdlüdə yerli sakinlərin süni gölün tikintisinə qanunsuz müdaxilə etməsi ilə bağlı məlumat yaymışdı.

 

 

COP29

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv