Stokholmda Quranın yandırılmasında “rus izi” aşkarlandı

Stokholmda Quranın yandırılmasının Rusiyanın İsveçi NATO üzvü kimi Türkiyə qarşısında nüfuzdan salmaq üçün atdığı addım olduğu iddia olunur.

Yenicag.az xəbər verir ki, bu haqda İsveçin “Aftonbladet” qəzeti məlumat paylaşıb.

Məlumatda Quranı yandıran şəxsin rusiyayönlü fikirləri ilə tanınan isveçli jurnalist Çanq Frik Paluda olduğu bildirilib.

İsveçli siyasətçinin Quranı yandırması Türkiyə hakimiyyətinin Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisi olduğunu deməsinə səbəb olub.

İsveçin xarici işlər naziri Tobias Billström,  “Stokholmda Quranın yandırılması ilə bağlı təxribatlar dəhşətlidir, lakin İsveçdə ifadə azadlığı var. Hökumətin özü də əhali arasında islamofob əhval-ruhiyyəni dəstəkləmir”, – deyə bildirib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar isveçli həmkarı Pol Consonun yanvarın 27-nə planlaşdırılan səfərinin ləğv edildiyini bildirmişdi.