!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Strateji valyuta ehtiyatlarının “SABİTLİYİ”: “Bu gedişlə Neft Fondundakı vəsaitlər cəmi beş ilə...”

!Reklam – Yazi

“Əslində, Mərkəzi Bankın bu açıqlaması iqtisadi baxımdan arzuolunmaz gedişatın pərdələnməsinə xidmət edir”.

Bu fikirləri Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının qəbul edilmiş beynəlxalq kifayətlilik normalarını üstələməsinə dair açıqlamasına münasibət bildirən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Mərkəzi Bankın müsbət hal kimi təqdim etdiyi məlumatların arxasında “gizlənən” səbəblər yaxşı heç nə vəd etmir:

“Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının ölkənin pul kütləsini üstələməsi haqqında açıqlaması o məzmunda məlumatları ictimaiyyətə birtərəfli qaydada təqdim etmə cəhdlərinin davamıdır.

Belə ki, ölkənin strateji pul ehtiyatları həm Neft Fondu, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarının cəmidir. Ölkəyə neft gəlirləri daxil olduğu üçün bizdə Neft Fondu mövcuddur. Buna görə də Azərbaycanın strateji valyuta ehtiyatları bir çox ölkələrlə müqayisədə daha çox artıb.

O ki qaldı Mərkəzi Bankın bu iddiasına, onun iki əsas səbəbi var. Əvvəla, bizdə dövriyyədə olan manat kütləsi çox deyil və iqdisadiyyatda durğunluq davam edir. Digər tərəfdən, burada tam izah edilməyən məqamların olduğu da vurğulanmalıdır.

Məsələn, Neft Fondunda toplanan valyuta ehtiyatlarının bu ildən etibarən, azalacağı proqnozlaşdırır. Bu isə o anlama gəlir ki, biz artıq gələcək nəsillərə çatmalı olan gəlirləri xərcləyirik. Belə getsə, Neft Fondundakı ehtiyatlar beş il ərzində tükənəcək.

Əslində, Mərkəzi Bankın bu açıqlaması iqtisadi baxımdan arzuolunmaz gedişatın pərdələnməsinə xidmət edir. Dediyim kimi, strateji valyuta ehtiyatlarının digər hissəsi Mərkəzi Bankda saxlanılır və həmin resurslar elə Neft Fondundan büdcəyə edilən transfer hesabına formalaşır.

Digər səbəb isə artıq yeddi ildir ki, manatın dolların məzənnəsinə pərçim vəziyyətdə saxlanmasıdır. Nəhayət, son olaraq qeyd etmək lazımdır ki, bu məsələlərə inflyasiya və istehlakın azalması da öz təsirini göstərir. Bu da nəticədə Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının “sabit” qalmasına gətirib çıxarır. Ancaq Bankın müsbət hal kimi təqdim etdiyi məlumatların arxasında “gizlənən” səbəblər yaxşı heç nə vəd etmir”.

Yusif Səmədzadə

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv