!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stress zamanı daha az yeməyin üsulu

!Reklam – Yazi

Müasir zamanda stress insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib.

Yenicag.az xəbər verir ki, bir çox insanlar stressdən qurtulmaq üçün daha çox qida qəbul edir. Bunun da təbii səbəbləri var. Belə ki, stresli olan insanın beyni yüksək miqdarda qlükoza və digər qidalı maddələrə ehtiyac duyur. Onları isə qida ilə təmin edirik. Lakin qidanın çox qəbulu qarşıda piylənməyə və digər fəsadlara gətirib çıxara bilər.

Dietoloq, tibb elmləri namizədi İrina Berejnaya “Sputnik” radiosuna verdiyi müsahibəsində bildirib ki, sakitləşmək üçün bütöv bir tort və ya bir kiloluq dondurma yeməyə ehtiyac yoxdur:

“Bunu üçün bir parça şokolad kifayətdir. Zövq gətirən məhsullar seçməlisiniz. Deyək ki, şokoladı sevirsinizsə, kiçik bir şokolad yeyə bilərsiniz və əhvalınız yaxşılaşar. Yeganə şey məhdudiyyətdir. Zövq almaq üçün yemək lazımdır və bunu gündəlik vərdişə çevirmək lazım deyil”.

Sakitləşmək üçün çox miqdarda şirniyyatların tez-tez qəbulu istənilən nəticəni verməyəcək. Əksinə, bir müddətdən sonra müsbət təsir azalacaq və stress qalıcı olacaq./Report/

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv