!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Su anbarının partladılması Ukraynanın əks hücum planlarını pozdu" - Hərbi ekspert

!Reklam – Yazi

Hərbi əməliyyatlarla yanaşı fəlakətin aradan qaldırılmasına Ukraynanın fiziki cəhətdən gücü yetməz”.

Bu fikri “Kaxovka” su anbarının partladılmasının Ukraynanın əks hücum əməliyyatlarına təsirini dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, “Kaxovka” su anbarının partladılması əks hücum əməliyyatlarını bir ay ləngidəcək:

“Kaxovka” su anbarının partladılmasına görə tərəflərin bir-birini günahlandırmaqda maraqları var. Ümumi yanaşma belədir ki, daşqın zamanı heç bir damla özünü günahkar saymaz. Çayın damlaları da özünü günahkar saymayacaq, qaldı ki, Rusiya ilə Ukrayna olsun.

“Kaxovka” su anbarının partladılması ilə bağlı üç variant var: Rusiya tərəfindən partladılıb, Ukrayna edib, yaxud öz-özünə baş verib. Ehtimallar üzərindən danışdığımız üçün partlayışın kimə sərf edəcəyi ilə bağlı qənaətə gələ bilərik.

Rusiyaya niyə sərf edir? Rusiya Dnepr çayında təbii əngəl yaratdı. Əgər normalda Ukrayna tərəfi Dnepr çayını aşmaq üçün 300-600 metr məsafəni qət etməli idisə, indi bu məsafə bir kilometr yarıma qədər uzandı. Bu hücumun qarşısını almaq üçün ciddi əngəldir. Bunun üzərinə avtomatik əks hücumun təxirə salınması baş verəcək. Bu o deməkdir ki, Rusiya zaman qazanacaq.

Digər bir məsələ, Ukrayna özünün hərbi siyasi iradəsini əks hücumdan fəlakətdən qurtulmağa yönəltdi . Buna ciddi resurs lazımdır. Söhbət 17 min evin su altında qalmasından gedir.

Ali Baş Komandan olaraq Ukrayna Prezidentinin əks hücum heç vecinə də deyil. Çünki fəlakət daxildədir.

Rusiyanın işinə yarayan digər məsələ isə qarşı tərəfə ötürülən mesajdır. Kreml Ukrayna və müttəfiqlərinə xəbərdartlıq etdi ki, qırmızı xəttim yoxdur.

Su anbarının partladılması Çernobıl Atom Elektirk Stansiyasında baş vermiş qəzadan sonra ən böyük fəlakətdir. Bunun gələcəldə çox ciddi nəticəsi olacaq.

Artıq BMT və Avropa İttifaqı Rusiyanı güahlandırır. Bunun Rusiya üçün siyasi və beynəlxalq hüquqi nəticələri olacaq.

Bu partlayış Ukraynaya niyə sərf edir? Krıma gedən su kanalı oradan keçir. Krımdakı əhalinin içməli su ehtiyatları 80 faiz azalacaq və kütləvi köçün olma ehtimalı artacaq. Su o coğrafiyada strateji məsələyə çevrilib. Əhalinin kütləvi köçü ilə Ukraynanın əli güclənəcək. Ukrayna gələcəkdə hərbi əməliyyatlar keçirərsə, çox sərbəst olacaq.

Rusiya da düşünür ki, Ukrayna bunu bu məqsədlə edə bilər. Ukrayna əks hücum əməliyyatlarını iyunun ortasına planlaşdırmışdısa, su anbarının partlamasına görə bu, ən azı bir ay təxirə salınacaq. Hərbi əməliyyatlarla yanaşı fəlakətin aradan qaldırılmasını Ukrayna fiziki cəhətdən çatdıra bilməz. Planlar pozulub. Əks hücum əməliyyatlarının təxirə salınması müharibənin uzanması deməkdir”.

Səxavət Məmməd

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv