Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Su qiymətinə “ÖZƏLLƏŞDİRMƏ”: “Bizdə istənilən müəssisənin nizamnamə kapitalı 10-100 manatdır” - Sabiq deputat

Reklam: Sinerji Pro

“Kiminsə patronu “vurulandan” sonra korrupsiya ilə bağlı bu cür həbslərin cəmiyyətə açıqlanması etimad yaratmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun 3 milyon manatlıq şirkəti öz oğlunun adına cəmi 40 manata rəsmiləşdirməsinin yaratdığı rezonansa toxunan sabiq millət vəkili Nazim Bəydəmirli  deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, bu barədə yayılan ilkin məlumatlar yarımçıq olduğu üçün daha detallı informasiyanın verilməsinə ehtiyac var:

“Çünki heç kəs ölkədə bu tipli həbslərin məhz hansısa mənimsəmə və ya qanun pozuntusu nəticəsində baş verdiyinə inanmır. Adətən, kiminsə patronu “vurulandan” sonra korrupsiya ilə bağlı bu cür həbslərin cəmiyyətə açıqlanması etimad yaratmır.

Söhbət şirkətin təsisçi payının alınıb-satılmasından gedirsə, Azərbaycanda istənilən müəssisənin nizamnamə kapitalı 10 və ya 100 manat məbləğində olur. Bu, rəmzi məbləğlərdir. Ona görə şirkətdə təsisçi payının qeyd olunan məbləğə satılması qanun pozuntusu deyil.

Bu baxımdan, milyonluq şirkətin 40 manata satılması səthi məlumatdır və doğru deyil. Hesab edirəm ki, istintaq başa çatmamış bu cür məlumatların mətbuata sızdırılması şəxsin həbs olunmasına haqq qazandırmaqdan ibarətdir. Bu, məsələnin əsl mahiyyətini gizlədir.

Alimpaşa Məmmədovun mənimsədiyi və oğurladığı vəsait kifayət qədər böyük məbləğdir. Onun fəaliyyəti dövründə sahibkarlıq subyektlərinə qarşı atdığı addımları hamı çox yaxşı bilir. Eyni zamanda, sabiq vergilər naziri Fazil Məmmədov tərəfindən müxtəlif vəzifələrə yiyələnməsi sübut edir ki, bu şəxslər dövlət vəzifələrinə təsadüfən irəli çəkilir.

Onları irəli çəkən şəxs vəzifədən gedəndən sonra ən yaxşı halda işdən çıxarılır və həbs olunurlar. Bütün hallarda heç kim tutduğu vəzifədən istifadə edərək vətəndaşların hüquq və azadlıqlarını pozmamalı, onların əmlaklarını mənimsəməməli və rəqabətçi mühiti pisləşdirərək sahibkarları sıxışdırmamalıdır.

Nəzərə almaq lazımdır ki, istənilən vəzifəli şəxs başqa vəzifəli şəxs tərəfindən cəzalandırılır. Bu, Azərbaycanda yazılmamış qanunlardan biridir. Hesab edirəm ki, hər hansı vəzifəyə təyinat rəqabətli mühit şəraitində baş verməlidir. Cəmiyyət həmin təyinata şübhə ilə yanaşmamalıdır. Bununla yanaşı, yerli icra hakimiyyəti orqanları təkmilləşdirilməlidir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

360
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100