“Rusiya Qarabağda sülhməramlıların fəaliyyətinin uzadılmasında maraqlıdır”.
Bunu Paşinyanın Soçidə “Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazıram” sözlərinə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Rusiya Qarabağda sülhməramlı qüvvələrin vaxtının uzadılmasında maraqlıdır:
“Rus sülhməramlıları ermənipərəst fəaliyyət göstərir. Rusiya gələcəkdə Qarabağ ermənilərinin müraciətindən istifadə edərək sülhməramlıların fəaliyyət müddətini uzatmaq istəyir.
Soçi görüşündən əvvəl Xankəndində mitinq keçirildi. Bu mitinqin keçirilməsi deməyə əsas verir ki, bunda Ermənistandan daha çox Rusiya maraqlıdır. Mitinq iştirakçılarının yarıdan çoxu Ermənistandan gətirilən ermənilərdir. Söylədiklərim faktlardır. Mitinqin keçirilməsində gizli də olsa, Rusiyanın əli var.
Qarabağda rus sülhməramlılarının fəaliyyətinin uzadılması Azərbaycan üçün “qırmızı xətt”dir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müdrik siyasətçi kimi növbəti görüşlərdə də hər zaman Azərbaycan maraqlarını müdafiə edəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az