!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülhməramlıların qeyri-qanuni ƏMƏLLƏRİ: "Rusiya sanki Qarabağ xanlığını işğal edib" - Tərlan Eyvazov 

!Reklam – Yazi

“Rusiya Qarabağ xanlığını işğal edəndə özünü necə aparırdısa, indi də elə aparır”.

Bunu Rusiya sülhməramlılarının Qarabağda öz ölkələrindəki kimi davranmağına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Rusiya sanki Qarabağ xanlığını işğal edib, o formada davranır:

“Rusiya sülhməramlılarının tikinti aparması, rusiyalı dahilərin abidələrini ucaltması eynən Sovet ordusunun işğal etdiyi yerlərdə davrandığı kimi davranışıdır. Əfqanıstan müharibəsi zamanı da Sovet ordusu SSRİ-nin atributlarını, sovet mütəfəkkirlərinin abidlərini ucaldırdı.

Məsələ burdadır ki, Qarabağdakı Rusiyanın sülhməramlı qüvvələridir. Bu, rus ordusunun bazası deyil. Edilənlər hamısı qeyri-qanunidir və sülhməramlı adı ilə tərs mütənasibdir. Bu yolverilməzdir. Bunların olmaması üçün gərəkən tədbirlər alınmalıdır. Baş verənlər bütün razılaşmalara ziddir”.

Səxavət Məmməd

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv