!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sülhün alternativi müharibədir, Azərbaycan ilin sonuna qədər...” – SENSASİON AÇIQLAMA

!Reklam – Yazi

“Sülhün alternativi müharibədir ki, Ermənistan bunun bədəlinin nə olacağını bilir. Azərbaycan isə bu ilin sonuna qədər sülh olmasa, sülhə gedən ən qısa yolu da Qarabağ məsələsini həll etdiyi kimi, güc yolu ilə həll etməlidir”.

Bunu ötən gün baş verən erməni təxribatlarının sülh proseslərinə təsirindən və Azərbaycanın atacağı addımlardan danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanın törətdiyi bütün təxribatların məqsədi sülh prosesini gecikdirməyə hesablanıb:

“Qəsdlə və tapşırıqla törədilən təxribatlar proseslərin uzadılmasına hesablanmış addımlardır. Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsində də, Zəngilanda törədilən təxribatın da, Naxçıvanın atəşə tutulmasının da əsas səbəbi budur.

Azərbaycanın gördüyü hər hansı adekvat tədbirlərin sülh prosesinə təsir edəcəyini düşünmək doğru deyil. Ermənistan onsuz da bu təxribatlarla sülh prosesinə mane olur.

Sülh prosesinin pozulmasında Ermənistana havadarlıq edənlər var. Rusiya sülhməramlılarının gözü qarşısında baş verən bu təxribatlar bir daha təsdiqləyir ki, sülhün olmasına mane olan qüvvələr var. Ermənistanla Rusiya sülhə mane olmaq üçün eyni mövqedədir. İran da, Fransa da onlarla eyni mövqeni bölüşür. Bunu kimsə inkar edə bilər. Amma görünənlər bunu təsdiqləyir.

Azərbaycan tərəfi bütün təxribatlara qarşı adekvat tədbirlər görür və düşmən yerindəcə susdurulur. Ermənistan təxribatları dayandırıb eskalasiyanı genişləndirmək fikrindən geri çəkilməsə, Azərbaycan daha ciddi tədbirlər görmək məcburiyyətindədir. Bu, düşmənin atəş nöqtələrinin lokal şəkildə susdurulması da, antiterror əməliyyatı da ola bilər. Lakin bütün bunların sülh danışıqlarına mane olacağını düşünmürəm. Çünki Ermənistanın seçimi qalmayıb. Sülh onların qorxusuz yaşamaq şansıdır.

Azərbaycanla 90-cı illərin oyunu keçmir. Paşinyan vurnuxur, siyasi səbatsızlıq göstərir. Ona görə də bəyanatları, açıqlamaları bir-birini təkzib edir. Bir tərəfdən yaxın vaxtlarda xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün olacağını bəyan edir, digər tərəfdən isə Ermənistan ərazisindən keçən istənilən dəhlizin qəbuledilməz olduğunu bildirir. Bu ikibaşlı mövqelər bir daha göstərir ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir. Regionda maraqlı dövlətlərin əlaltısına çevrilib və onların mövqelərinə uyğun davranış sərgiləyir. Lakin Ermənistan üçün sülhün alternativi yoxdur.

Sülhün alternativi müharibədir ki, Ermənistan bunun bədəlinin nə olacağını da bilir. Azərbaycan isə bu ilin sonuna qədər sülh olmasa, sülhə gedən ən qısa yolu da Qarabağ məsələsini həll etdiyi kimi, güc yolu ilə həll etməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv