Sumqayıtda evdən və maşınlardan oğurluqlar edən şəxslər saxlanıldılar

media-hightechnic-468x90

Sumqayıt şəhərində talama cinayətləri baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Naməlum şəxslər gecə saatlarında vətəndaşlardan birinin evindən içərisində sənəd və bank kartları olan pul kisəsini, digər iki zərərçəkmişin avtomobillərindən isə planşet, maqnitofon və səsgücləndiricilər oğurlayıblar. Bu barədə polisə məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı Ş.İsbatov, 21 yaşlı İ.Məlikov və 45 yaşlı E.Əvəzov saxlanılıblar.

Hər üç fakt üzrə araşdırmalar aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa