Sumqayıtda “Hyundai” kül oldu

Sumqayıt şəhərində “Hyundai” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.