!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda itkin düşən qadın qətlə yetirilib

!Reklam – Yazi

скачанные файлы (4)Sumqayıt şəhərində itkin düşmüş qadının qətlə yetirildiyi məlum olub.

Avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.
Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

467
Ads
www.veteninfo.com
!Reklam – Arxiv