Sumqayıtda yaşayış binasında yanğın oldu - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı qutusunda baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində elektrik sayğacı qutusunda 6 ədəd elektrik sayğacı, 6 ədəd elektrik açarı, 1 ədəd ümumi açar və 3p.m. elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa