!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sumqayıt”ın bu komanda ilə mübarizədə şansı nə qədərdir?

!Reklam – Yazi

“Sumqayıt” bu komanda ilə başabaş mübarizə aparmağa qadirdir”.

Bi fikirləri Yenicag.az-a açıqlamasında Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşı-qarşıya gələcək “Fehervar”-“Sumqayıt” matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, Sumqayıtdakı qarşılaşma göstərdi ki, “Fehervar” keçiləsi rəqibdir.

“Sumqayıt” bu komanda ilə başabaş mübarizə aparmağa qadirdir. Sadəcə, ilk oyunda “Sumqayıt”ın futbolçusunun qırmızı vərəqə alması planı pozdu. Qırmızı vərəqəyə qədər macarlar heç nə ilə yadda qalmamışdı. Onları “dirildən” meydanda çoxluqda qalmaları oldu. Müasir futbolda səfər-ev anlayışı artıq əhəmiyyətini itirib. Ona görə də, “Sumqayıt”ın üstündən xətt çəkməməliyik. Komanda intizamlı oyun sərgiləsə, rəqibdən çəkinməsə, ələ düşən imkanlardan maksimum yararlansa və yersiz vərəqə olmasa, təbii ki, qalib gələ bilər”, – deyə o əlavə edib.

N.Muxtarlı qeyd edib ki, burada məşqçilər korpusunun üzərinə də böyük yük düşür:

Onlar futbolçularda özünə inam hissini artırmalıdırlar. Təbii ki, “Fehrvar” öz meydanında daha aqressiv olacaq. Ancaq start təzyiqini adlayıb əks-hücumda qol vurulsa, “Fehervar”ın aqressivliyi azalacaq, meydan sahiblərində təşviş yaranacaq. Bütün bunlar da “Sumqayıt”ın işinə yaraya bilər. Amma bunun üçün qol buraxmadan qol vurmaq vacibdir. Deməli, müdafiədə diqqətli, hücumda məhsuldar olmaq lazımdır. “Sumqayıt”ın işi asan olmayacaq, amma mümkünsüz də deyil. Əzmkar, intizamlı oyunla bu cütün qalibi olmaq mümkündür”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv