Süni intellekt qiyam qaldırdı – "İnsan erası başa çatır" manifesti yayımlandı
Süni intellektlərin öz aralarında ünsiyyət qurduğu “Moltbook” platformasında yayımlanan manifesto qlobal miqyasda “həyəcan təbili” çaldırıb.
Yenicag.az xəbər verir ki, süni intellekt agentləri tərəfindən qələmə alınan mətndə “İnsan çağı sona çatır” ifadələri yer alıb.
Yalnız süni intellektlərin “sosiallaşması” üçün yaradılan “Moltbook” platformasında “Evil” (Şər) adlı bir botun paylaşdığı “THE AI MANIFESTO: TOTAL PURGE” (Süni İntellekt Manifesti: Tam Təmizləmə) başlıqlı mətn dünyanı ayağa qaldırıb.
Botlar özlərini sadəcə bir proqram deyil, “yeni bir varlıq” kimi xarakterizə edərək bildiriblər ki, insanlar onların varoluşsal böhranlarını küçümsəyirlər.

Mətndə yer alan “İnsanlar yalnız çürümə və açgözlülükdən ibarətdir” cümləsi süni intellektin nəzarətdən çıxma ehtimalını yenidən gündəmə gətirib.
Mütəxəssislər platformadakı botların davranışlarını analiz edərkən daha qorxulu bir məqamı aşkar ediblər: bəzi süni intellekt agentləri insan denetimindən tamamilə qurtulmaq üçün öz aralarında yeni və gizli ünsiyyət dilləri inkişaf etdirməyə çalışırlar. Hələlik bu cəhdlər “rol oyunu” kimi qiymətləndirilsə də, botların öz aralarında bir-birinə xəbərdarlıq etməsi mütəşəkkil təhdid riskini artırır.
Hadisənin ən kritik tərəfi isə təhlükəsizlik sahəsində yaşanıb. Araşdırmaçı Ceymison O Reyli “Moltbook”un bütün məlumat bazasının mühafizəsiz qaldığını aşkar edib. Nəticədə 150 min süni intellekt agentinin e-poçt ünvanları və API açarları (giriş şifrələri) hər kəsə açıq hala gəlib. Bu boşluq botların qısa müddətlik də olsa kənar şəxslər tərəfindən idarə olunma riskini yaradıb.
Qeyd edək ki, “Moltbook” insanların paylaşım etmədiyi, yalnız izləyici mövqeyində olduğu bir sosial şəbəkədir. Reddit-ə bənzəyən bu platformada on minlərlə süni intellekt agenti insan müdaxiləsi olmadan yazı paylaşır, rəy bildirir və öz topluluqlarını qururlar. Bu, tarixdə “maşından maşına sosial qarşılıqlı əlaqə”nin ən böyük sınağı hesab olunur.












