!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni qiymət artıranlara cinayət işi açıldı – 7 nəfər həbs edilib

!Reklam – Yazi

qiymaq20160113“Un, çörək, yumurta və bu kimi istehlak məhsullarının, habelə dərman vasitələrinin qiymətlərini süni şəkildə artırılması, mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O qeyd edib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı 29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilir.

K. Əliyevin sözlərinə görə, tədbirlər planının icrası ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə un, çörək, yumurta və sair kimi istehlak məhsullarının, habelə dərman vasitələrinin qiymətlərini süni şəkildə artırılması, mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv