!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suqovuşanda polis əməkdaşı qəzaya düşdü

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

 

www.yenicag.az

393
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100