!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şurada QHT-lərlə görüş keçirilib

!Reklam – Yazi

Şurada “narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupuna aid QHT-lərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupundan üzv seçilən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüşü keçirilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci ilin birinci qrant müsabiqəsində qalib gələn QHT-lərlə müqavilələrin imzalandığını və artıq onların icrasına başlanıldığını deyib. Fərasət Qurbanov Şura üzvlərinin seçildikləri qrupun istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərin keçirilməsində əsas məqsədin layihələrin icrasında peşəkarlığın artırılması, tədbirlərin keyfiyyətli təşkili, QHT-lərin ictimai problemlərin həllinə innovativ yanaşmasını stimullaşdırmaq kimi məsələlər olduğunu vurğulayıb.
Şura üzvü Əliməmməd Nuriyev görüşün təşkilinə görə Şura Katibliyinin əməkdaşlarına təşəkkürünü bildirib. Ə. Nuriyev Şuranın hər il “narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” istiqaməti üzrə onlara QHT-nin layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura üzvü ötən müddət ərzində layihələrin icrası zamanı qazanılan təcrübə və qarşıya çıxan problemlərin həlli mexanizmlərinin ciddi müzakirəsinə ehtiyac olduğunu deyib: “QHT-lərin həyata keçirdiyi layihələr benefisiarlar üçün cəlbedici olmalıdır. Layihələrdə kiçik həcmli maliyyə ilə reallaşdırılması çətin olan çoxsaylı fəaliyyətlərin əvəzinə asan icra edilə biləcək bir neçə fəaliyyət hədəf götürülərsə daha effektiv nəticə əldə etmək mümkündür. Şura hər il müsabiqə mövzularını müəyyən etmək üçün tədbirlər təşkil edir. Bu tədbirlərin məqsədi QHT-lərin ictimaiyyəti düşündürən mövzular üzrə fikirlərini dinləmək, innovativ ideya və təkliflərini toplamaqdır. QHT-lərin problemin təsvirini hazırlayarkən layihəni həyata keçirməyi planlaşdırdığı regionda müvafiq mövzu ilə bağlı vəziyyəti ciddi təhlil etməsi, öyrənməsi lazımdır. Şablon və ümumi izahatlarla kifayətlənmək doğru deyil”.

Əliməmməd Nuriyev təcrübədə bəzən layhənin icrasını uğurla həyata keçirmiş QHT-lərin hesabatları normal şəkildə hazırlayıb təqdim edə bilmədiyi hallarına da rast gəlindiyini deyərək, bunların aradan qaldırılması üçün QHT-lərin Şuranın təşkil etdiyi təlimlərdə fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
QHT rəhbərləri Mahirə Əmirhüseynova, Əhməd Abasbəyli, Taleh Əliyev, Nəsrulla Nəsrullayev, Məlahət Abbasova, Cəsarət Hüseynzadə, Zemfira Mustafayeva, Mehriban Abdullayeva, Ceyhun Abbasov, Vüqar Hacıyev və digər şəxslər çıxış edərək layihələrinin icra prosesi zamanı qarşılaşdıqları məsələlər haqqında danışaraq rəy və təkliflərini bildiriblər.

Yeniçağ.az

 

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv