Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada – “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud AZƏRTAC-a bildirib ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.

Məlumat üçün bildiririk ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05