!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suraxanıda 46 yaşlı kişi bıçaqlandı-Foto

!Reklam – Yazi

89021ab191635d82e68d1779ae83548aÖtən gecə paytaxtda qətl hadisəsi qeydə alınıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, 46 yaşlı kişi bıçaqlanaraq öldürülüb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Arzu Rzayev küçəsi ev 10, mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında yaralı halda görüblər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanada məlum olub ki, İlham Feyzuli naməlum şəxs tərəfindən daxili nüfuz edən 4 bıçaq zərbəsi alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq çoxlu qan itirən yaralı dünyasını dəyişib.

Qətli törədən şəxsə gəlincə Suraxanı Rayon Polis İdarəsi onun kimliyini araşdırır. Qatilin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

 

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv