Suriya ordusu Süveydadan GERİ ÇƏKİLİR

media-hightechnic-468x90

Suriya hökuməti Süveyda şəhərindəki ordu qüvvələrinin mərhələli şəkildə geri çəkilməsinə başladığını açıqlayıb. Bu addım, hökumət və bölgədəki druz qrupları arasında əldə edilən atəşkəs razılaşmasından sonra atılıb.

Yenicag.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Suriya ordusu qeyri-qanuni silahlı qruplara qarşı vəzifəsini yerinə yetirdikdən sonra dövlət və druz liderlər arasında əldə edilən razılığa əsasən Süveydadan çəkilməyə başlayıb.

Suriya Prezidenti Əhməd əş-Şaraa da məsələyə münasibət bildirib. Dünən gecə xalqa müraciətində o, Süveydada baş verən toqquşmalar zamanı druz əhaliyə qarşı zorakılığa yol verənlərin cəzalandırılacağını bəyan edib.

Prezident əş-Şaraa vurğulayıb ki, şəhərin təhlükəsizliyinə bundan sonra, əsasən, yerli druz qruplar cavabdeh olacaq.

O, İsraili Suriya daxilində yeni münaqişə ocaqları yaratmaq cəhdində ittiham edib, həmçinin Türkiyə, ABŞ və bəzi ərəb ölkələrinin vasitəçiliyinin bölgəni daha dərin böhrandan xilas etdiyini qeyd edib:

“Biz müharibədən qorxmuruq, lakin xalqımızın mənafeyini dağıntılardan üstün tuturuq”.

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri (IDF) druzların mərkəzdə olduğu hadisələri diqqətlə izlədiklərini və Suriyanın cənub sərhədinə əlavə qüvvələr yerləşdiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Suriya Səhiyyə Nazirliyi İsrailin həyata keçirdiyi son hava hücumu nəticəsində 5-i hərbçi olmaqla 6 nəfərin həyatını itirdiyini, daha 28 nəfərin isə yaralandığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600