Suriya ordusu Türkiyə sərhədlərinə yaxınlaşır

media-hightechnic-468x90

245415Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Türkiyə sərhədlərinə yaxınlaşdığını bəyan edib.

Rusiyanın hava dəstəyi ilə irəliləyən Suriya ordusu Təl-Rıfat qəsəbəsinə 7 kilometr yaxınlaşıb.

Adıçəkilən təşkilatdan bildirilib ki, Suriya rejiminə bağlı olan qüvvələrin Türkiyə sərhədlərinə irəliləməsinin səbəbi ölkəyə müxaliflərin və silahların gəlməsinin qarşısını almaqdır.

Məlumata görə, Təl-Rıfat qəsəbəsi təslim olarsa, Suriya ordusu Hələb vilayətinin şimalını tamamilə nəzarət altına almış olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05