Suriya ordusundan YPG-yə ULTIMATUM: "Silahı yerə qoyun, təslim olun"

media-hightechnic-468x90

Suriya ordusu terror təşkilatı YPG üzvlərinə silahı yerə qoyaraq təşkilatdan ayrılmaqla bağlı rəsmi çağırış edib.

Yenicag.az-ın məlumatına görə, rəsmi Dəməşq bəyanat yayaraq bildirib ki, terror qruplaşmasını tərk edən şəxslər “kürd və ya ərəb” fərqi qoyulmadan Suriya rəhbərliyi tərəfindən qəbul olunacaqlar.

Hazırda Suriya ordusu Hələb vilayətinin şərqində yerləşən və “hərbi zona” elan edilən Deyr Hafir bölgəsindən mülki şəxslərin təhlükəsiz təxliyəsi üçün humanitar dəhliz yaradıb. M15 magistral yolu üzərindəki bu koridorun yerli vaxtla saat 17:00-a qədər açıq qalacağı elan edilsə də, YPG terrorçuları mülki əhalinin bölgəni tərk etməsinə hər vəclə mane olur. Deyr Hafir rayon rəhbərliyi silahlı qruplaşmaların insanları “canlı qalxan” kimi istifadə etmək məqsədilə dəhlizdən istifadəyə icazə vermədiyini açıqlayıb.

Suriya rəsmi xəbər agentliyi (SANA) vasitəsilə yayılan müraciətdə terrorçulara ən yaxın ordu məntəqələrinə təslim olmaq tapşırılıb. Bəyanatda vurğulanır ki, ordunun hədəfi yerli xalq deyil, PKK terrorçuları və devrilmiş Bəşər Əsəd rejiminin qalıqlarıdır:

“Yaşanan problemin bölgə xalqı ilə heç bir əlaqəsi yoxdur. Məqsədimiz mülki şəxsləri hədəf alan və Suriya cəmiyyətini məhv etməyə çalışan ünsürləri təmizləməkdir. Gecikmədən bu təşkilatdan ayrılın, dövlətinizə və xalqınıza geri dönün”, – deyə müraciətdə qeyd olunub.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa