Suriya türkmənləri Türkiyədən sığınacaq istədi

media-hightechnic-468x90

43962İŞİD terrorçularından qaçan Raqqa türkmənləri Türkiyəyə doğru yola düşüblər.

Yenicag.az xəbər verir ki, 15 mindən çox türkmən Türkiyənin Akçakale sərhəd qapısına yaxınlaşır.

Türkmənlər bağlı olan sərhəd qapısının açılmasını tələb edirlər.

Bundan başqa türkmənlərin kompakt yaşadığı Hammam qəsəbəsi ilə Zeybəkiyə, Doğaniyə, Damışliyə və Əziziyə kəndləri sakinlərinin də Türkiyə sərhəddinə doğru axın etdikləri bildirilir.

Suriya Türkmən Milli Hərəkat Partiyasının sədr müavini Tariq Sülo Cevizçi İŞİD terrorçularının Hələbin Soran qəsəbəsini ələ keçirdiklərini, Türkiyə ilə həmsərhəd Azəzə doğru hərəkət etdiklərini və 10-a yaxın tükmən kəndini işğal etdiklərini bildirib.

Artıq ötən gün səhər saatlarından Suriyadan gələn türkmənlərin Türkiyənin Akçakale sərhəd qapısından ölkəyə buraxıldıqları bildirilir. Suriyalıların Şanlıurfada olan qaçqın şəhərciklərinə yerləşdiriləcəkləri bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600