Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Suriyada daha bir türk əsgəri şəhid oldu

170335_res_01Türkiyə ordusu Suriya ərazisində həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatında yenidən itki verib. “Hürriyet” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın Əl-Bab şəhəri ətrafında gedən döyüşlərdə 1 əsgərin şəhid olduğunu, 5 hərbi qulluqçunun yaralandığını açıqlayıb.

“Azad Suriya Ordusunun Əl-Babın İŞİD-dən azad edilməsi üçün apardığı əməliyyat davam edir. Qurudan və havadan verilən atəş dəstəyi ilə Azad Suriya Ordusunun hücumları dəstəklənir. Gün ərzində baş verən toqquşmalarda 4 müxalif həlak olub, 25-i yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub, 5-i isə yüngül yaralar alıb”, – deyə açıqlamada deyilir. Döyüşlərdə Türkiyə ordusuna məxsus 2 ədəd zirehli döyüş maşını və 1 ədəd piyada daşıyan zirehli maşın da sıradan çıxıb. Qeyd edək ki, noyabrın 24-də Suriya hərbi təyyarəsinin bombardmanı nəticəsində 4 türk əsgəri həlak olmuşdu.

Beləliklə, 2 gün ərzində Suriyada şəhid olan türk hərbçilərinin sayı 5-ə çatıb.

www.yenicag.az

174