!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Suriyada iranlılarla ruslar birlikdə döyüşür” – İran mətbuatı

!Reklam – Yazi

 

İranda yayımlanan “Qanun” qəzeti Suriyanın Hələb şəhərinin Xantuman bölgəsində İran İslam İnqilabı Keşikçilərinin son günlərdə verdiyi itkilərlə bağlı “Hələb Kərbəla oldu” manşet xəbərini yayımlayıb.

Ölkədəki liberal mühafizəkarlara yaxın qəzet bu itkilərdə Rusiyanı suçladı.

Xantuman bölgəsindəki savaşda suriyalı müxaliflərin Fatimiyyun Tuqayı, Hizbullah və İran ordusunun 80 əsgərinin öldürülməsinə toxunan qəzetin iddiasına görə,  Rusiyanın bölgədə birmənalı mövqe sərgilələməsi itkilərin əsas səbəbidir.

Fars Xəbər Agentliyi isə İranın xüsusi təyinatlı qüvvələrinin Xantumanı yenidən almağa çalışdığını bildirib. “Qanun” qəzetinin yazdığının əksinə olaraq, FXA İrana bağlı hərbçilərin Rusiyanın hərbi təyyarələrinin dəstəyi ilə döyüşdüyünü yazıb.

Xəbərdə əfqanlardan ibarət Fatimiyyun Tuqayı ilə yanaşı Liviya və İraqdan olan şiə könüllülərdən ibarət İran dəstələrinin Xantumanı yenidən tutmaq üçün hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, İranda yayınlanan Asriran xəbər saytı Xantumanda İran İslam İnqilabı Keşikçilərinin 100 nəfərlik hərbi birləşməsinin müxaliflər tərəfindən mühasirəyə alındığını, ən az 20 əsgərin öldürülüb, digərlərinin əsir alındığını bildirmişdi.

Yenicag.az

www.yenicag.az

957
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv