Suriyada İŞİD yoxsa Əsəd daha çox sadə vətəndaş öldürdü?
Suriya İnsan Haqları Şəbəkəsi tərəfindən hazırlanan hesabata görə, Suriya rejimi tərəfindən etiraz dalğasının başladığı gündən bəri qətl edilən vətəndaşların sayı 124.752 nəfərdir. Digər tərəfdən qətl edilən vətəndaşların 17.139-u uşaqlar, 15.278-i isə qadınlardan ibarətdir. Ayrıca 5.644 nəfər də birbaşa Bəşər Əsəd rejiminin işgəncəsi ilə qətlə yetrilib.
Döyüşlərin başladığı dövrdən bu yana bölgədə var olan İŞİD-in isə bu günə qədər 831 vətəndaşı öldürdüyü, öldürdüyü vətəndaşlardan 137-nin uşaq və 81-nin də qadın olduğu hesabatda ifadə edilib. 13 suriyalı da İŞİD-in işgəncələri nəticəsində həyatını itirib.
Hesabatdan görünür ki, Əsəd rejimi İŞİD-in qətliamların 125 qatını həyata keçirib. Lakin KİV-də İŞİD-in cinayətləri görünsə də, Əsəddən bəhs edən yoxdur. Ancaq bu İŞİD-in qaniçənliyinə haqq qazandırmamalıdır. Belə ki, bu hesabatda sadəcə sıravi vətəndaş ölümündən bəhs edilir. O səbəbdən də İŞİD-in döyüşlər zamanı öldürdükləri hesabatda yer tutmayıb.