Suriyalı qaçqınlar tələyə düşdülər
Türkiyədə suriyalı qaçqınlar aldadılaraq söküləcək binada yerləşdirilib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, İstanbulda şəxsiyyəti məlum olmayan bir şəxs suriyalı qaçqınları söküləcək binada yerləşdirərək onlardan 2 ay müddətində kirayə pulu alıb. 2 ay əvvəl sökülməsi barədə qərar verilən binada 15 suriyalı ailə qalması üçün 8 ay müddətində onlardan ümumilikdə 10 min lirə pul alınıb.
Binanı sökmək istəyən qrup üzvləri suriyalı qaçqınların buraya yerləşdiyini görüb polisə müraciət edir. 5 mərtəbəli binanın boşaldılması tələbinə qaçqınlar əməl etmək istəməyib. Bir suriyalı 4-cü mərtəbədən uşağını atacağı ilə hədələyib. Tərəflər arasında çıxan gərginliyə çevik polis də müdaxilə edib.
Xilasedicilər suriyalı qaçqını çətinliklə uşağını atmamağa razı sala bilib.
Daha sonra suriyalı qaçqınlar binadan boşaldılaraq bələdiyyənin mehmanxanasına aparılıb.
Suriyalı qaçqınlar aldadıldığını bildiriblər: “Suriya buradan yaxşıdır. Hər ayın 5-ində gəlib 400-500 lirə kirayə alırdılar. İndi zəng edirik. Gəlmir. Bizə “bura sökülürsə, başqa yerə aparacağıq” dedilər. Bizi belə aldatdılar. Belə ədalət olarmı? Ailəmiz çöldə qalıb. Bunun hesabını kim verəcək?”.