!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyalı qızın təcavüzü üzərindən qurulan oyun: “Yaxın Şərq daha çirkli təxribatlara çəkilir” – Terror dövləti PLANLARI

!Reklam – Yazi

“Son günlərdə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar bir çox xarici və daxili qüvvələri narahat etməyə başlayıb. Hər vasitə ilə iki ölkə arasında vəziyyəti daha da gərginləşdirmək və bölgədə sabitliyin yaranmasının qarşısını almaq məqsədi ilə ən çirkli oyunlara əl atmaqdan belə çəkinmirlər”.

Bu sözləri Yenicag.az-la söhbətində siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, Türkiyədə suriyalılar əleyhinə başlayan üsyanlardan, habelə Ankara-Dəməşq münasibətlərindən söz açıb.

M.Bünyadlı qeyd edib ki, Kayseridə bir suriyalı qızın təcavüzü üzərindən qurulan oyun da təkcə Türkiyə ilə Suriya arasında münasibətlərin gərginləşməsinə deyil, əslində, Yaxın Şərqdə daha böyük çirkli oyunların reallaşdırlmasına xidmət edən təxribatçı hərəkətdir:

“Kayseridən sonra hadisələrin Suriyada – Türkiyə ordusunun nəzarətində olan ərazilərdə etiraz dalğasının başlanması və bəzi mülki suriyalıların Türkiyə ordusuna hücumunun təşkili, hətta silahdan istifadə edilməsi, Afrində Türkiyə bayraqlarının cırılması və sair bütün bunların planlaşdırılan böyük təxribatın tərkib hissəsidir.

Səbəb də aydındır: Türkiyə Yaxın Şərqdə planlaşdırılan məkrli oyunları pozmaq gücünə malik yeganə dövlət olmasıdır. Çünki Yaxın Şərqdəki məkrli planlarını reallaşdırmaq istəyən güclər bölgədə münaqişə coğrafiyasının daha da genişlənməsinə çalışır. Məhz Ankaranın səyi nəticəsində indiyədək Yaxın Şərqdə planlaşdırılan çirkin oyunlar pozulub və bu proses davam etməkdədir”.

Onun sözlərinə görə, son vaxtlarda Ankara ilə Dəməşq arasında münasibətlərinin normallaşdırması da bu məqsədə xidmət edir:

“Ankaranın məqsədi Suriyanın federallaşmasına, parçalanmasına qarşı çıxaraq, ərazi bütövlüyünü dəstəkləyərək, bundan sonra da unitar dövlət olaraq davam etməsidir. Bu, bütövlükdə Yaxın Şərqdə sabitliyin və bölgə ölkələri arasında əməkdaşlığın yaranmasına xidmət etdiyindən, sözügedən planı pozmaq üçün həmin güclər Kayseridəki hadisədən bir qığılcım kimi istifadə etməyə çalışdılar. Əsas hədəflərdən bir də Suriyanın Türkiyə ilə sərhədinə yaxın bölgədə PKK ilə İŞİD-in birgə terror dövlətinin yaradılmasıdır”.

“Təəssüflər olsun ki, hər iki tərəfdə bu təxribata uyanlar oldu. Lakin Ankaranın çevik və sərt reaksiyası nəticəsində hadisələrin qarşısı anındaca alındı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə sərt reaksiya verərək, bəyan etdi ki, “Biz nifaq toxumu səpən çıxışlara, faşizmə, irqçi vandalizmə və təxribatlara boyun əyməyəcəyik”. O, əlavə etdi ki, “Bayrağımıza uzanan murdar əlləri qırmağı bildiyimiz kimi, ölkəmizə sığınan məzlumlara uzanan əlləri də necə qırmağı bilirik”.

Prezident Ərdoğan da baş verənlərin çirkin oyunların tərkib hissəsi olduğuna işarə edərək bildirdi ki, həmin güclərin cəhdləri boşa çıxdı. Ankara bu güclərin indiyədək bölgədəki çirkin niyyətlərini boşa çıxardığı kimi, bundan sonra da iflasa uğradacaq. Ən əsası isə Suriya ərazisində də yeni bir PKK-nın İŞİD-lə birlikdə qurmaq istədiyi terror dövlətinin qurulmasına imkan verilməyəcək”. – deyə M. Bünyadlı fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv