Sürücü vəhşicəsinə döyüldü-Bakıda-Fotolar

media-hightechnic-468x90

54dd5a2e848e35275b7804ae45e5b947Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri sürücünü döyüb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: “Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər”.

Döyülən sürücünün fotolarını təqdim edirik:(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600