Sürücülər cərimələndi-Fotolar

media-hightechnic-468x90

422e9439d7f353b4637e66ed7513cfcaBu gün Lənkəran şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti reyd keçiriblər.

Reyd nəqliyyatın intensiv hərəkətdə olduğu şəhərin Füzuli və Şəhidlər Xiyabanı küçələrində baş tutub.

Şöbənin Post-Patrul Xidməti əməkdaşlarının da qatıldıqları tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb.

Reyd zamanı avtomaşını texniki baxışdan keçirməyən, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə edən, avtomaşına əlavə avadanlıqlar quraşdıran, eləcə də polisin “Dayan!” əmrinə tabe olmayan 30-a yaxın sürücü saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cəza tədbiri seçilib.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili isə cərimə meydançasına aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa