!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərə şad xəbər

!Reklam – Yazi

1470053439_absheron_yol_temir_010816_04Abşeron rayonu Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi əsaslı şəkildə təmir olunub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı 11 km uzunluğunda və 9.5 metr enində olan Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1.5 km-lik hissəsi əsaslı şəkildə təmir olunub.

Sözügedən ərazidə aparılan əsaslı təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.

Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib və 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilıb. Ümumilikdə, 15 min m2-ə yaxın sahə asfaltlanıb.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılıb.

Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrində aparılıb. Küçələrin uzunluqları 1200 və 1280 metrdir.

Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Heydər Əliyev küçəsinin 5400 m2, Zərifə Əliyeva küçəsinin isə 7500 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Küçələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1.5 metr enində tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb.

Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

www.yenicag.az

1201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv