!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərə şad xəbər - Bu prospektdə hərəkət bərpa edildi

!Reklam – Yazi

Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, belə ki, hərəkət prospektin metronun “Neftçilər” stansiyasından “Xalqlar dostluğu” stansiyası istiqamətində olan hissəsində bərpa edilib.

Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər.

Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.

www.yenicag.az

4527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv