Sürücülərin diqqətinə – Bakıda bu küçələr bağlanacaq 

media-hightechnic-468x90

Bu gün axşam saat 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, “Ramstore” yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC -dən daxil olan məlumata görə, qeyd edilən yollarda Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.

“Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. “Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir”,- deyə məlumatda qeyd edilib.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600