Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gecə Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, küçədə asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir.
Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin “Əhmədli” metr ostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.
Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.
Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.