Sürücülərin diqqətinə! Bu yollar bağlanacaq

media-hightechnic-468x90

ad465dBu gün Avropa Oyunları məşəlinin Bakıda gəzdirilməsilə bağlı bəzi yollar bağlı olacaq.

Yenicag.az xəbər verir ki, 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, Su İdman Mərkəzi istiqamətində, 20-ci sahə ətrafında yollar bağlı olacaq. ELəcə də, Heydər Əliyev adına İdman Kompleksinin yanı, Cəllil Məmmədquluzadə küçəsilə Tbilisi prospekti və Hənifə Ələsgərov keçələrində məhdudiyyət olacaq.
Eləcə də, Milli Gimnastika Arenasına gedən yol, Heydər əliyev prospektinin “Koroğlu” metrosu yaxınlığından keçən ərazisində avtomobillərin hərəkəti dayandırılacaq. Bundan başqa, Tofiq Bəhrəmov adına stadion əırazisin, “Gənclik” metrosuyanında maşınların hərəkətinə qadağa qoyulacaq. Həm də, “Kristal zal” yaxınlığında yollar bağlanacaq.
Bundan başqa, aeroport yolu, Buzovna, Novxanı-Sumqayıt yolu bağlanacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600