!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərlə bağlı ciddi PROBLEM: Faciə ilə nəticələnən qəzalardan necə qorunmaq olar?

!Reklam – Yazi

“Şəhər əhalisinin sayı nəzərə alınaraq, yeraltı və yerüstü ictimai nəqliyyat formalaşdırılmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında ictimai nəqliyyatda baş verə biləcək neqativ halların qarşısının necə alınması ilə bağlı fikirlərini səsləndirən sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyat məsələsi yüksək dəqiqlik və həssaslıqla tənzimlənməlidir.

“Bunun üçün şəhər antropolagiyasına uyğun logistik sistem qurulmalıdır. Yəni şəhər əhalisinin sayı nəzərə alınaraq, yeraltı və yerüstü ictimai nəqliyyat formalaşdırılmalıdır. Həmçinin sürücülərlə bağlı da ciddi addımlar atmaq mütləqdir. Çünki sürücünün sərxoş, yorğun, yaxud narkotik vasitələrin təsiri altında olması ilə bağlı bəzi hallarda mənfi hadisələrin hər birimiz şahidi olmuşuq. Nəticədə isə faciə ilə nəticələnən yol qəzalarının qaçınılmaz olduğu göz qarşısındadır. Sadalanan amillər bir sıra tədbirlərin görülməsini zəruri edir. Misal üçün sürücülərin sağlamlıq vəziyyəti gündəlik olaraq yoxlanmalı, müvafiq qurum tərəfindən təsdiq edilməlidir”, – deyə sosioloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv