Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücülərlə bağlı TƏKLİF: "Bu cərimələrdən azad olunsun" - AÇIQLAMA

“Əlillər, tələbələr nisbətən az əhəmiyyətli inzibati xətalara görə tətbiq olunan cərimələrdən azad edilə bilər”.

Rusiya Federasiyasının Dövlət Dumasına qayda pozuntularına görə cərimələnən sürücülər və bəzi başqa xətaları törədənlər barəsində amnistiya verilməsi təklif olunub. Alman faşizmi üzərində qələbənin 75 illiyi münasibətilə verilən təklif bəyənilərsə, ölkədə sürücülər və digər hərəkət iştirakçıları əksər qayda pozuntularına görə tətbiq edilmiş cərimələrdən azad olunacaqlar. Bu təklif sərxoş vəziyyətdə avtomobili idarəetmə kimi ağır xətalara şamil olunmayacaq.

Yenicag.az-a açıqlama verən hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov dəyişikliyin Azərbaycanda da tətbiq olunmasını məqsədəuyğun sayır.

Ə.Hüseynov Konstitusiyanın da dolayısı ilə buna yol verdiyini bildirib:

“İXM-də amnistiya qaydasında inzibati məsuliyyətdən və ya inzibati tənbehdən azad edilmə yoxdur. Lakin Konstitusiya dolayısı ilə buna yol verir, çünki Əsas Qanunda məsuliyyət növü fərqləndirilmədən Milli Məclisin amnistiya vermək səlahiyyəti təsbit olunur. Təcrübədə cinayət məsuliyyəti ilə bağlı dəfələrlə amnistiya olub. Bizdə də yaxşı olardı ki, bir ilk olaraq inzibati məsuliyyətlə bağlı amnistiya olsun.

Həm də təkcə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə yox”.

Bunun qanunvericilikdə təsbit olunmasını təklif edən ekspertin sözlərinə görə, xüsusi əlamətdar günlərdə ədalətlilik prinsipini pozmadan bu amnistiya müəyyən sosial həssas qrupun insanlarına şamil oluna bilər:

“Məsələn, əlillər, tələbələr nisbətən az əhəmiyyətli inzibati xətalara görə tətbiq olunan cərimələrdən azad edilə bilər. Təbii ki, növbəti dəfə bu hüquq pozuntularına yol verməmək şərti ilə. Bu amnistiya əlamətdar günlərdə tətbiq oluna bilər”.

Cəvahir

Loading...

www.yenicag.az

766
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100