Sürücülük hüququ məhdudlaşdırılmış şəxsin avtomobil idarə etməsinə görə cərimələr artırıldı

media-hightechnic-468x90

Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılıb.

Yenicag.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib.

Məcəllənin bundan əvvəlki variantında qeyd edilib ki, 332.2-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə edilir.

Dəyişikliklə isə cərimə 200 manatdan 300 manata qaldırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600