Sürüşdü birdən-birə… – Bayıl “bayıldı” – FOTOLAR+VİDEO

Ötən gün axşam saatlarında Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığında sürüşmə qeydə alınıb.

Bu səbəbdən 67 ailə evlərindən müvəqqəti olaraq Səbail rayonu ərazisində yerləşən məktəb və idarələrə köçürülüb, onlar üçün sığınacaq yaradılıb.

Su və qida ilə təmin olunan sakinlər məcburən gecəni müvəqqəti sığınacaqlarda keçirməli olacaqlar.

Bundan başqa sürüşmənin qeydə alındığı ərazidə təhlüksəzlik tədbirləri görülərək işıq və qazın verilişi dayandırılıb.

Emin Səfərov

Elvin Paşazadə