!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürüşmə zonasındakı evlərə görə verilən kirayə haqqı kəsildi - 100 ailə gözləyir

!Reklam – Yazi

“Bayılda teleqüllə sürüşmə zonasındakı evlərindən çıxarılan sakinlərə verilən kirayə puluna bu aydan son qoyulur. Nazirlər Kabinetinin qərarı ilə fevral ayından sürüşmə zonasında olan ailələr köçürülüb və təxminən onlara 200-300 manat civarında kirayə pulu verilirdi. Bu pul 11 ay ərzində – dekabr ayına qədər nəzərdə tutulmuşdu. Sonuncu ödəniş dekabr ayında edilib və bununla da artıq xəbərdarlıq olunub ki, daha kirayə pulu verilməyəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elməddin Muradlı deyib.

O bildirib ki, sakinlər bu vəziyyətdən narahatdırlar:

“Bilinmir ki, gələn aydan bu pulu kim ödəyəcək. Ya sakinlər öz cibindən ödəməli, ya da ki, evlərinə qayıtmalıdırlar. Evlərində isə qaz, su, işıq xətləri kəsilib, əşyalar hərəsi bir tərəfdə, qohum evindədir. Mən bildiyimə görə, təxminən 60-a yaxın sakin kirayədə yaşayır, qalanları isə qayıdıb odun peçi yandırır, neftlə soba qalayırlar. İnsanların taleyi sual altındadır ki, necə olacaq. Fevral ayında onları ona görə kirayəyə çıxaranda bildirdilər ki, təxminən 2-3 aya mütəxəssislər rəy verəcək və qərar açıqlanacaq. Ancaq 11 ay keçib, ancaq ortada heç bir qərar yoxdur”.

E.Muradlı qeyd edib ki, sakinlər müvafiq qurumlara müraciət edirlər:

“Ordan da gəlib ölçüb-biçib deyirlər ki, 1 həftəyə, 10 günə köçürsünüz. Bu vədlərlə 11 ay keçib. Hər ay 6 dəfə gəlib eyni yerləri ölçürlər. Bir yeri nə qədər ölçmək olar? Qarşıdan da qış gəlir. İnsanlar çıxılmaz vəziyyətdədirlər. Ya evlərin qaz, işıq, suyunu versinlər, ya da köçürdürlərsə, konkret məbləğ açıqlasınlar ki, sakinlər işlərini bilsin”.

Jurnalist deyib ki, yeni icra başçısı əraziyə baxıb:

“Yollar lap pis gündədir. Sürüşməyə səbəb olan su-kanalazasiya sistemi hələ də bərbad vəziyyətdədir. Özüm 3 aydır müşahidə edirəm ki, hər gün kanalizasiya suları, içməli su küçələrə axır. Bunun qarşısını da almırlar.100-ə yaxın evin sakini çaşqınlıq içində qalıb”.

Bildirək ki, Nazirlər Kabineti (NK) fevral ayında Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncamla 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb, kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödənilib. “Teleqüllə” sürüşmə sahəsi teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Bu il fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb./Cebhe.info/

www.yenicag.az

2208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv