!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa modul tipli xəstəxana artıq istifadəyə verildi

!Reklam – Yazi

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin digər sahələrə olduğu kimi səhiyyə sahəsinə də etdiyi diqqət nəticəsində, son 20 ildə Azərbaycanın istənilən bölgəsində hətta ucqar nöqtələrində müasir standartlara cavab verən tibb müəssiəsləri tikilmiş, əsaslı təmir olunmuşdur. Digər ehtiyac olan bölgələrdə olduğu kimi işğaldan azad olunmuş bölgələrdə də bu sosial siyasət davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün bölgələrdə bu işlər sürətlə davam etdirilməklə, işğaldan azad olunmuş rayonlarımızda xəstəxanaların təməlləri cənab prezidentin iştirakı ilə atılmışdır.

Eyni zamanda Şuşa modul tipli xəstəxana artıq istifadəyə verilmişdir”.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

“TƏBİB yarandıqdan sonra Yeni Klinika, Abşeron RMX, Goranboy RMX, Şəmkir RMX, Qazax RMX və s. cənab prezidentin iştirakı ilə açılmış və istifadəyə verilmişdir.
Yeni tikilən tibb müəssisələrində bütün zəruri və müasir tibbi cihaz və avadanlıqlarla tam təchiz olunmaqla infrastruktur yenilənmiş və tibbi xidmət vətəndaşlar üçün son standartlara uyğun təşkil olunmaqdadır”, – şöbə müdiri qeyd edib.

COP29

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv