Şuşadakı bərpa işlərindən yeni görüntülər - VİDEO

media-hightechnic-468x90

Şuşa şəhərində Molla Pənah Vaqif türbəsinin bərpası davam edir.

Yenicag.az xəbər verir ki, bərpa-tikinti işlərinin iyunda başa çatdırılması planlaşdırılır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ekspert qrupu tərəfindən türbənin bərpa layihəsi işlənilib. Abidə daşlarının eyniliyi və layihənin ilkin dizaynı qorunmaqla, müasir texnologiyalar tətbiq olunaraq yenidən qurulur.

Molla Pənah Vaqif türbəsinin açılışı 1982-ci ildə olub. Kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilib.

Ermənistan 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra düşmən tərəfindən kompleksin daşları sökülərək tamamilə dağıdılıb.

https://i.ytimg.com/vi/z82Rrnab1Is/hq720.jpg?sqp=-oaymwEcCOgCEMoBSFXyq4qpAw4IARUAAIhCGAFwAcABBg==&rs=AOn4CLBkQZduXS_qFR8ZCBCLmvpVijwufQ

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600